SİYASƏT
Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilanda mətbuata birgə bəyanatla çıxışı qardaş ölkə telekanalları tərəfindən canlı yayımla təqdim olunub
Ankara, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatla etdikləri çıxış qardaş ölkənin aparıcı telekanalları və xəbər agentlikləri tərəfindən canlı yayımla təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi, “TRT Haber”, “Haber Global”, “A Haber” telekanalları canlı yayım ərəfəsində və mərasim başa çatandan sonra liderlərin çıxışlarından mühüm məqamları ayrı-ayrı sərlövhələrlə ictimaiyyətə çatdırıblar.
Ümumiyyətlə Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu səfəri Türkiyə kütləvi informasiya vasitələrinin baş xəbəri olaraq qalmaqdadır. Aparıcı telekanallar rəsmi məlumatları təqdim etməklə bərabər, tanınmış ekspertlərin iştirakı ilə səfərin strateji mahiyyətini və tarixi əhəmiyyətini təhlil edirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara