CƏMİYYƏT


Azərbaycan və Türkiyə vətəndaşlarının miqrasiya sahəsində üzləşdiyi problemlərin həllinə dair müzakirələr aparılıb

Bakı, 28 dekabr, AZƏRTAC

Dekabrın 28-də Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylu ilə görüşüb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də sıx əlaqələrin qurulduğunu diqqətə çatdıran Xidmət rəisi əməkdaşlığın gücləndirilməsi istiqamətində bundan sonra da səylərin əsirgənməyəcəyini vurğulayıb.

V.Hüseynov ölkəmizdə miqrasiya proseslərinin daim diqqətdə saxlandığını qeyd edərək bu sahədə yeniliklərə, o cümlədən innovativ vasitələrin tətbiqinə üstünlük verildiyini bildirib.

Süleyman Soylu Azərbaycanın Türkiyə üçün ən önəmli tərəfdaşlardan biri olduğunu diqqətə çatdırıb. O, miqrasiya məsələlərinin bütün dünyada olduğu kimi, qardaş ölkədə də əsas müzakirə mövzularından birinə çevrildiyini bildirib. Nazir Türkiyənin üç milyondan çox qaçqına ev sahibliyi edən ölkə kimi bu fenomenin doğurduğu fəsadlarla mübarizədə gördüyü işlər barədə məlumat verib.

Görüşdə hər iki ölkə vətəndaşlarının miqrasiya sahəsində üzləşdiyi problemlər müzakirə edilib. Eləcə də bu problemlərin həlli istiqamətində atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb. Əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə iki ölkənin miqrasiya məsələlərinə məsul qurumları arasında hüquq-müqavilə bazasının gücləndirilməsinə dair razılığa gəlinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.