MƏDƏNİYYƏT


Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər VİDEO

Paris, 18 noyabr, AZƏRTAC

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində keçirilən üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak edən nazir Əbülfəs Qarayev Xorvatiyanın Mədəniyyət naziri Nina Obuljen Korzinek ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq və onun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, əlaqələrin inkişafı üçün iki ölkə arasında lazımi hüquqi sənəd bazası mövcuddur və bu sənəd əlaqələrin yüksək səviyyədə inkişafına imkan verir.

Nazir Əbülfəs Qarayev 2018-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2019-2021-ci illər üçün mədəni əməkdaşlıq Proqramı”ndan danışıb və bu proqrama uyğun olaraq iki ölkə arasında 2020 və 2021-ci illərdə həyata keçiriləcək birgə layihələrə toxunub.

Xorvatiyanın Riyeka şəhərinin Avropanın Mədəniyyət Paytaxtı elan olunması çərçivəsində 2020-ci ilin aprel ayında keçiriləcək silsilə tədbirlərdə Azərbaycanın fəal iştirak edəcəyi diqqətə çatdırılıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.