SİYASƏT
Azərbaycan xarici işlər nazirinin müavini Cenevrəyə işgüzar səfər edəcəkdir
Bakı, 23 iyul (AZƏRTAC). İyulun 24-dən 28-dək Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Cenevrəyə işgüzar səfərə gedəcəkdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü prosesi çərçivəsində qurumun üzvü olan ABŞ, Kanada, Braziliya və Çin ilə ikitərəfli danışıqlar, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) ilə məsləhətləşmələr aparılacaqdır.
UNCTAD və DTT ekspertləri ilə görüşlərin keçirilməsi də nəzərdə tutulmuşdur.
Səfər çərçivəsində Azərbaycanın mallar və xidmətlər üzrə yenilənmiş təklifləri də müzakirə ediləcəkdir.