Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Azərbaycan” yazıları” seriyasından ilk kitab – Ömər Faiq Nemanzadə

“Azərbaycan” yazıları” seriyasından ilk kitab – Ömər Faiq Nemanzadə

Bakı, 24 fevral, AZƏRTAC

ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan” yazıları” seriyasından “Ömər Faiq Nemanzadə” kitabı çap edilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan” yazıları” seriyası ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Azərbaycan” qəzeti (1918-1920) külliyyatının nəşrinə (20 cildliyə) paralel olaraq, qəzetdə bəzi şəxsiyyətlərin fəaliyyətini, yaxud müəyyən vacib mövzuların işıqlandırılmasını oxucuların diqqətinə toplu halda təqdim etməyi nəzərdə tutur. Bu seriyanın birinci kitabı Azərbaycan Respublikası Prezidentinin “Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2022-ci il 3 oktyabr tarixli Sərəncamına müvafiq olaraq ərsəyə gətirilib.

Kitabda ədib, publisist, ictimai-siyasi xadim, “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi olmuş Ömər Faiq Nemanzadənin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin orqanı olan “Azərbaycan” qəzetində “Ümidvar” təxəllüsü ilə dərc etdirdiyi məqalələr toplanıb. Bu məqalələr həmin dövrün ictimai-siyasi mühiti, mürəkkəbliyi, problemləri haqqında geniş təsəvvür yaradır.

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, İrəvan kəndlərində, Qarabağda, Naxçıvanda azərbaycanlılara qarşı törədilən qanlı əməlləri, iri dövlətlərin Azərbaycan və Cənubi Qafqaz barədə müstəmləkə siyasəti Cümhuriyyət hökumətini çətin vəziyyətə salırdı. Bütün bunlar hər kəsdən sərvaxt olmağı tələb edirdi. Ömər Faiq Nemanzadə “Böhtanlarla böyük işlər görülür” məqaləsində yazırdı: “Biz Qafqaz türkləri haqlı sədamızı, təbii haqqımızı yanımızda, aramızdakı Müttəfiqlər müməssili [nümayǝndǝsi] Tomsona yetişdirǝmmədiyimiz, ona həqiqəti-halı anlatammadığımız halda, ermənilər yüz dürlü böhtan və qırmızı yalanlarını Parisə, Londona qədər çatdıraraq Qafqaz siyasətində böyük rol oynamaqdadırlar. Həm öylə dəhşət və əhəmiyyətli rol oynamaqdadırlar ki, ona qarşı bir saat səbir və sükut, ona qarşı bir tədbiri-siyasi aramamaq hüquqi-sərihəmizə [açıq-aşkar, danılmaz hüquqlarımıza], həyati-istiqlalımıza olan aşkar təcavüzü qəbul eyləmək deməkdir. Bu isə müstəqil yaşamağa əzm etmiş bir millət üçün deyil, adi bir cəmiyyət üçün belə bir eyib, bir nöqsandır” (N161, 20 aprel, 1919).

Bu azmış kimi, 1919-cu ilin iyununda Azərbaycanın müstəqilliyinə qarşı Denikin təhlükəsi yaranmışdı. Ömər Faiq Nemanzadə məqalələrində həmin təhlükənin hər an reallaşa biləcəyi barədə xəbərdarlıq edirdi. Bu baxımdan “Hazır ol!” məqaləsi diqqət çəkir: “Ey azərbaycanlı! Yaxşı bil ki, üstünə gələn, yırtıcı ayılardan daha yırtıcıdır! Vəhşilərdən daha vəhşidir! Ən qəhhar xunrizlərdən (qan tökənlərdən) daha xunrizdir.

Ey azərbaycanlı, ey türk! İyi bil ki, sən zəif olunca hər yandan üstünə hücum mühəqqəqdir (qaçılmazdır).

Ey türk! Gözün[ü] aç ki, əlindəki neməti-istiqlalı [azadlıq nemətini] qapmaq istəyirlər”...

Ey azərbaycanlılar! Ey böyük və şanlı cahangir nəvələri! Başını bir az yuxarı qaldır. Ticarət məşğuliyyətini bir az yüngülləşdir, həmiyyət və qeyrətini göstər!”. (N194, 3 iyun, 1919)

Müəllif “Aldanmayınız!” məqaləsində isə yazırdı: “Denikin kölgəsi Dağıstanda durduqca da evimizdə bir dəqiqə salamat yatmamalıyız! Yatmamalıyız ki, birdən qopacaq fırtınalar, axacaq qanlı sellər, ortalığı saracaq vaveylalar keçən Mart hadisəsini, Şamaxı xarabasını heçdǝ qoyacaq!...

Qorxma, qorxma ki, sən də millətin ayıq olduqca bunlar bir şey bacara bilməzlər... Bağışla ki, təkrar edirəm:

Sən ayıq olduqca nə Denikin çaqqalları, nə daşnak ilanları, nə “şəriət istəriz” şeytanları, nə “xəyanət azarı” mikrobları sənə bir zərər verə bilməzlər”. (N208, 20 iyun, 1919)

Kitaba “Millətinin fədaisi” sərlövhəli ön söz yazmış səfir, filologiya elmləri doktoru, professor Vilayət Quliyev haqlı olaraq vurğulayır ki, Ömər Faiq Nemanzadənin Vətənin taleyi, millətin bu günü və gələcəyi ilə bağlı yazdığı hər sətirdə bir ürək yanğısı, qəlb həyəcanı seçilir. Uğurlara sevindiyi kimi, böyük problemlərin həllində soydaşlarına dözüm və mətanət, iradə və qətiyyət arzulayır.

1919-cu ildə daşnakların Naxçıvanda şəhər və kəndləri talan etdiyi, əhalini öldürdüyü bir vaxtda bəzi səlahiyyətli şəxslərin xalqın imdadına yetişmək əvəzinə öz mənfəətini güdməsi Ömər Faiq Nemanzadənin nəzərindən yayınmamışdı. “Xanıstan-Ermənistan” sərlövhəli məqalədə yazırdı: “İrəvandakı Azərbaycan vəkilimiz [Mǝhǝmmǝd] Xan Təkinskinin ataşe-militeri [hǝrbi attaşesi] Xanlar xan Naxçıvanski üç gündə bir Ermənistandan Naxçıvana keçib alverlə məşğul olur və Azərbaycanın siyasi nümayəndəsinin siyasi sandığını siyasi kağızlar yerinə Nikolay kağızları ilə doldururdu. Və indi də doldurmaqdadır”. (N195, 4 iyun, 1919)

Ömər Faiq Nemanzadə məqalələrində hökumət idarələrində olan kadr probleminə də toxunur və buna strateji məsələ kimi yanaşırdı. “Möhkəm idarə möhkəm əxlaqlı istər” məqaləsində yazırdı: “Cavan Azərbaycan hökuməti idarələrinə bir çox məmurlar lazım. Bunların pisini bulmaq, ayırmaq çətin. Çünki xainlər, əxlaqsızlar hər kəsdən ziyadə şirin dilli, qeyrət və həmiyyətli, mötəbər və bacarıqlı, aqil və məlumatlı görünürlər. Ürəklərindəki qaranlığı, qanlarındakı zəhəri, qafalarındakı xəyanəti əsla bəlli etməzlər. Ağızlarından guya məhəbbət, gözlərindən mərhəmət, işlərindən bərəkət tökülǝr. Biçarə, safdil [sadəlövh] rəislər, məsul müdirlər birdən-birə anlamazlar. Nədən sonra, işlərin üstü açılanda, xəzinəyə milyonlarla zərər dəyəndə ayılarlar”. (N169, 30 aprel, 1919)

Ədibin məqalələrində dil, millət problemləri də xüsusi yer tutur, bu problemlərə önəm verməyin vacibliyi vurğulanırdı. Bu baxımdan “Milliləşmək” sərlövhəli silsilə məqalələri qeyd etmək olar. Bu silsilədən birinci məqalədə yazırdı: “Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilǝmməz. Dili kəsilməyən millətin vücudu kəsilǝmməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz.

Dünyada bədbəxt o millətdir ki, özgə millətin silahından ziyadə, dil və ədəbiyyatına əsir olaraq yaşamaqdadır” (N 327, 21 noyabr, 1919).

Həmin silsilədən ikinci məqaləsində müəllif türk dilinin Yaxın Şərqdə mövqeyini qeyd edir, ərəb qrafikasının türk dilinin ahənginə uyğun olmadığını vurğulayırdı: “Türk dilinin Yaxın Şərqdəki hakimiyyətinə şahidlər axtarmaq lazım deyil, onunla danışan 60-70 milyonluq böyük bir kütlənin şahidliyindən daha möhkəm nə ola bilər?

Türkcənin yazı və mətbuat aləmindəki zəifliyinə gəlincə, bundakı qüsur, bəzilərinin sandığı kimi, türkcənin özündə, onun əskik və qabalığında deyil, başına bəla etdiyi əlifbasındadır. Doğrudan da türkcəmiz danışıq və ahəngini olduğu kimi göstərməyə, yazmağa əsla yaraşmayan ərəb əlifbasını qəbul edəndən sonra öz varlığını, öz istiqlalını itirmiş və bu günə qədər ərəbliyə əsir olaraq həqiranə ömür sürmüşdür.

Vaxtdır ki, həqiqi, ictimai bir inqilab ilə dilimizi bugünkü yaramaz və çirkin əlifba əsirliyindən qurtarıb öz təbiətinə, öz istiqlalına uyğun bir əlifba qəbul edəlim. Və bunun sayəsində dilimizə danışıqda qazandığı ümumilik şərəfini mətbuatda da qazandıralım. Və bu yol ilə xalqa savad öyrədəlim, onlara qolayca bilgi və maarif qapılarını açalım. Hamıya ümumi təlim verəlim, elmin ləzzətini daddıralım. Və ancaq bundan sonra camaatdan hürriyyət, ədalət və müsavat qanunlarına tamamilə riayəti, istiqlal yolunda, xalqçılıq uğrunda can verməyi istǝyəlim” (N 328, 24 noyabr, 1919).

Qeyd edək ki, “Azərbaycan” qəzeti nəşr olunduğu 1918-1920-ci illəri Ömər Faiq daha çox doğma Axalsıq qəzasında və Gürcüstanın həbsxanalarında keçirsə də, nəşrin fəal müəlliflərindən olub. Eyni zamanda, qəzet redaksiyası və “Azərbaycan” ətrafında toplanan ədəbi qüvvələr Ömər Faiq əfəndinin taleyinə, üzləşdiyi çətinlik və məşəqqətlərə laqeyd qalmamışdı.

Kitabın “Əlavələr” bölməsində, “Azərbaycan” qəzetində Ömər Faiq Nemanzadə haqqında dərc olunmuş yazılar toplanıb. Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Muxtar Əfəndizadə və başqa siyasət və söz adamları onun müdafiəsinə qalxmış, şəxsiyyəti və millət naminə fədakarlıqları barəsində təsirli məqalələr yazmışlar.

Kitabda toplanan bütün materiallar filologiya üzrə fəlsəfə doktoru, dosent Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu tərəfindən transliterasiya edilərək nəşrə hazırlanıb.

Mətndə çətin anlaşılan ərəb-fars sözlərinin izahı verilib. Həmçinin “İzah və şərhlər” bölməsi oxucu üçün faydalıdır. Bütün bunlar oxucuya dövrün ruhunu və atmosferini duymağa, eyni zamanda Ömər Faiqin toxunduğu mətləbləri dərindən anlamağa kömək edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük