Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının rəhbəri, beynəlxalq ekspert xanım Qven Börçeldən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu şərəfli və məsuliyyətli vəzifədə Sizə uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Bilirəm ki, məqsədlərinizdən biri də ölkədə köklü və ciddi sosial islahatların həyata keçirilməsidir. Bu vacib işdə mən və mənim komandam - Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı Sizin gözəl ölkənizə dəstək olmaq niyyətindəyik.

UAFA 1998-ci ildən bəri həm Azərbaycanda, həm də beynəlxalq aləmdə sosial siyasət sahəsində tanınmış bir QHT-yə çevrilib. Bizim məqsədimiz Azərbaycanda sosial həyatın uzunmüddətli inkişafı ilə bərabər, cəmiyyət üçün bilik mübadiləsi məsələlərində davamlı bir resurs olmaqdır.

Əminəm ki, gücümüzü, imkan və resurslarımızı səfərbər edərək qarşıya qoyduğumuz məqsədlərə Sizin dəstəyinizlə tez bir zamanda çatacağıq.

Bir daha Sizi təbrik edir və gələcək işlərinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

xanım Qven Börçel

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının rəhbəri, beynəlxalq ekspert.

Bakı şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin