Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Çin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində yeni sərmayə imkanlarını araşdırır YENİLƏNİB 2 VİDEO

Pekin, 5 fevral, AZƏRTAC

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

Səfərin ilk günü - fevralın 5-də iqtisadiyyat naziri Şahin Mustafayev bir sıra görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, Çinin nəqliyyat naziri Li Siaopan ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çin ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti Çinə 5 səfər edib, dövlət başçısının səfərləri zamanı mühüm razılaşmalar əldə olunub, 2015-ci ildə "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair sənəd imzalanıb. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdəndir.

Nazir Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əlaqələri barədə məlumat verib, ölkələrimizin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əməkdaşlıq etdiyini, Çin şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakını diqqətə çatdırıb.

Azərbaycanın böyük nəqliyyat-tranzit potensialına malik olduğunu qeyd edən Şahin Mustafayev ölkəmizdə enerji resurslarının daşınması üçün müvafiq infrastrukturun yaradıldığını, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyət göstərdiyini, Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan TANAP və TAP layihələrinin icrasının davam etdirildiyini bildirib. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində ötən il Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. Azərbaycanın hava, avtomobil və dəniz nəqliyyatı barədə danışan iqtisadiyyat naziri ölkəmizdə 6 beynəlxalq müasir hava limanının fəaliyyət göstərdiyini, Azərbaycanın Xəzər dənizində ən böyük donanmaya sahib olduğunu, Ələt Limanının tikintisinin davam etdirildiyini qeyd edib. "Trans-Xəzər Nəqliyyat Dəhlizi"nin üstünlüklərini diqqətə çatdıran Şahin Mustafayev bu dəhlizin coğrafi-iqtisadi, məsafənin və müddətin qısa olması, müvafiq infrastrukturun mövcudluğu baxımından əlverişli olduğunu deyib. İqtisadiyyat naziri Azərbaycan nümayəndə heyətinin sabah Pekində təşkil olunan "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Nəqliyyat Dəhlizinin rolu"na həsr edilən Beynəlxalq konfransda iştirak edəcəyini bildirib.

Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan "Trans-Xəzər Nəqliyyat Dəhlizi"nin Çinin "Kəmər və Yol" təşəbbüsünün tərkib hissəsi olaraq dəstəklənməsində maraqlıdır. Bundan başqa, "Kəmər-Yol" təşviqinə dair Azərbaycanda tədbir keçirilə, Çin şirkətləri Ələt azad ticarət zonasına cəlb oluna, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ilə konteyner terminalının tikintisi və idarə edilməsi üzrə əməkdaşlıq həyata keçirilə bilər.

Çinin nəqliyyat naziri Li Siaopan Azərbaycan ilə Çin arasında əlaqələrin qədim tarixi olduğunu, son illər əməkdaşlığın bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Çinə rəsmi səfəri zamanı imzalanan sənədlər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın genişlənməsinə yeni imkanlar açıb. Azərbaycana Çin ilə əlaqələrin inkişafına və "Kəmər və Yol" strategiyasının həyata keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edən Li Siaopan ölkəmizin tarixən Avropa ilə Asiya arasında dəhliz rolunu oynadığını, Çin ilə Avropa arasında dəmir yolu əlaqəsində vacib tranzit ölkə olduğunu diqqətə çatdırıb. Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin Çinin "Kəmər və Yol" strategiyası ilə üst-üstə düşdüyünü bildirən çinli nazir Azərbaycanın İpək Yolunun bərpasına, bu istiqamətdə Transxəzər dəhlizinin yaranmasına yönəlmiş səylərini dəstəklədiyini, ölkəmizlə bundan sonra da tranzit sahəsində əməkdaşlığı davam etdirəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Çinin kommersiya nazirinin müavini, Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi Fu Ciyin ilə keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi-ticarət sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 43 faiz artdığını, ölkəmizdə 100-dən çox Çin şirkətinin fəaliyyət göstərdiyini, 2016-cı və 2017-ci illərdə Çinin Honq-Konq, Quancou və Şanxay şəhərlərinə Azərbaycanın ixrac missiyalarının təşkil edildiyini, şərablarımızın vahid ölkə stendi ilə nümayiş olunduğunu qeyd edib. Azərbaycan və Çin iş adamlarının iştirakı ilə 8 biznes forum keçirilib. Bu tədbirlərin nəticəsi olaraq, Çinə şərab ixracına dair müqavilə imzalanıb, Azərbaycan şərabı mükafat alıb.

Bildirilib ki, Çinlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan şirkətləri öz məhsulları ilə bu il Çində "Sial China 2018", "Çin-Avrasiya" və "China Internatıonal Import Expo" sərgilərində iştirak edəcək. Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində fevralın 6-da növbəti biznes- forum keçiriləcək. Hazırda Şanxay Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində "Azərbaycan Şərab Evi"nin açılmasına dair danışıqlar aparılır. Bütün bunlar, eləcə də bu gün rəsmi açılışı olan Azərbaycanın Çində Ticarət Nümayəndəliyi əlaqələrin inkişafında önəmli olacaq.

Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycanın bir sıra kənd təsərrüfatı və emalı, sənaye məhsullarının Çinə ixracı üçün böyük potensialı var və bu məhsulların ixracına dair müvafiq icazələrin verilməsinə Çin tərəfinin dəstəyi əhəmiyyətlidir. Bildirilib ki, Çin iş adamlarının Azərbaycanda yaradılan sənaye parklarında və aqroparklarda, tikinti sektorunda reallaşdırılan layihələrdə iştirakı, birgə müəssisələrin yaradılması, xüsusilə kənd təsərrüfatı avadanlıqlarının istehsalı üzrə, pambıqçılıq, qida sənayesi məhsullarının birgə istehsalı, İKT, Çinin "Huawey" şirkəti ilə əməkdaşlığın genişləndirilməsi, turizm sahəsində əməkdaşlıq imkanları genişdir.

Çinin kommersiya nazirinin müavini, Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi Fu Ciyin bir neçə il əvvəl Azərbaycana səfərini məmnunluqla xatırlayıb, Prezident İlham Əliyevin Çinə dövlət səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, dövlət başçılarının münasibətlərimizin inkişafına diqqəti sayəsində əlaqələrimiz müxtəlif sahələrdə uğurla inkişaf edir. Azərbaycanın "Kəmər və Yol" strategiyasına böyük dəstək verdiyini bildirən çinli nazir ölkəsinin Azərbaycanla bu istiqamətdə əməkdaşlığı genişləndirmək və möhkəmləndirmək istədiyini diqqətə çatdırıb. Azərbaycanın qədimdən tranzit ölkə olduğunu, ölkəmizin səyləri ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini bildirən Fu Ciyin Transxəzər nəqliyyat dəhlizinin artıq bütün infrastruktur imkanlarına malik olduğunu deyib. Vurğulanıb ki, Çinin Kommersiya Nazirliyi müvafiq dövlət qurumları və özəl sektor təmsilçiləri ilə Transxəzər nəqliyyat dəhlizinin imkanlarından istifadə ilə bağlı müzakirələr aparacaq. Fu Ciyin ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin artmasının müşahidə olunduğunu, Çinin ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün hər cür dəstək göstərməyə hazır olduğunu deyib. Bundan başqa, Çin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində yeni sərmayə imkanlarını araşdırır. Üçüncü ölkələrdə birgə sərmayə layihələrinin həyata keçirilməsi üçün də imkanlar var. Fu Ciyin Azərbaycan şirkətlərini Çində keçirilən sərgilərdə fəal iştiraka dəvət edib, Çin bazarında daha çox Azərbaycan məhsulları görəcəklərinə ümidvar olduqlarını vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin Şenjen Şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası və Çin Dəmir Yolunun XIX Bürosunun nümayəndələri ilə görüşündə Şenjen Şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının fəaliyyəti barədə Azərbaycan tərəfinə məlumat verilib, qeyri-neft sektorunun müxtəlif sahələrində, xüsusilə sənaye sahəsində əməkdaşlıq, eləcə də 2017-ci ildə Qaradağ Rayon İcra Hakimiyyəti ilə Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında Ələt qəsəbəsində Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyinin yaradılmasına dair imzalanmış saziş barədə müzakirələr aparılıb.

Nümayəndə heyətinin tərkibinə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov və başqaları daxildir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Çin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində yeni sərmayə imkanlarını araşdırır YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,2 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib