Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda 2013-cü ildən malyariyaya yerli yoluxma halları qeydə alınmayıb VİDEO

Bakı, 17 avqust, AZƏRTAC

Ölkəmizdə 2010-2016-cı illər ərzində 35 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin layihələrinin ekspertizası aparılıb, 9 rayon mərkəzində isə həmin sistemlərin istismara verilməsinə müsbət rəylər verilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyətinə həsr edilmiş “dəyirmi masa”da səsləndirilib.

Mərkəzin direktor əvəzi Vaqif Abdullayev qeyd edib ki, Kür və Ceyranbatan sutəmizləyici qurğularından ayda bir dəfə, mərkəzi su anbarları və nasos stansiyalarından həftədə bir dəfə su nümunələri götürülərək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında müayinə olunur. Bundan əlavə, 52 rayonun 2683 kəndində 3647 su mənbəyindən laboratoriya müayinələri təşkil edilib, 2835 su mənbəyinin vəziyyəti mütəxəssislər tərəfindən yerində araşdırılıb, 39 rayonda vəziyyət haqqında rayonların icra hakimiyyətlərinə təkliflər verilib. Çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə hər il laborator tədqiqat üsullarının tətbiqi ilə nəzarət olunur. Səbail rayonun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənmə hallarının davam etməsini nəzərə alaraq həmin ərazilərdə çimərliklərin istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barəsində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilmiş qərar qüvvədə saxlanılıb.

“Yoluxucu xəstəliklərin qarşısının alınması işində uşaqların peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda uşaqların inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, 11 xəstəliyə qarşı peyvənd edilməsi təmin edilib. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”na əsasən 2016-cı ilin aprel ayında respublikanın bütün şəhər və rayonlarında üçvalentli OPV vaksinin istifadəsi dayandırılıb, ikivalentli OPV vaksinin istifadəsinə başlanılıb”. Bunu isə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatı tərəfindən qızılca və məxmərək xəstəliklərinə qarşı Azərbaycanda aparılan tədbirlər yüksək qiymətləndirilib. Qızılca və məxmərəyin ləğvi üzrə DST-nin Avropa regional komissiyasının 2015-ci ilin oktyabr ayında keçirilən iclasında Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiyası elan edilib. Malyariya əleyhinə aparılmış məqsədyönlü kompleks əksepidemik tədbirlər nəticəsində 2013-cü ildən etibarən bu xəstəliyə yerli yoluxma halları qeydə alınmayıb. Bununla da, ölkə ərazisində malyariyanın tam ləğvinə nail olunub. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində aparılmış səmərəli profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsi, profilaktik peyvənd işlərinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi nəticəsində idarəolunan xəstəliklərdən 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2014-cü ildən qızılca və göyöskürək xəstəlikləri baş verməyib, epidemik parotit xəstəliyinin minimum səviyyəsi müşahidə edilib.

Tədbirdə qeyd olunub ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tabeliyində olan 74 gigiyena və epidemiologiya mərkəzi, 6 dezinfeksiya stansiyası və 45 profilaktik dezinfeksiya şöbəsinin fəaliyyətinə təşkilati-metodik rəhbərliyi təmin etməklə genişmiqyaslı tədbirlərin həyata keçirilməsini təşkil edir. Son beş il ərzində gigiyena, epidemiologiya və laboratoriya ixtisasları üzrə 1110 həkim və 2 minə yaxın orta tibb işçisi təkmilləşmə və ixtisasartırma kursları keçməklə, test imtahanlarını verərək sertifikat alıblar. Dövlətimizin başçısının uğurla apardığı sosial və iqtisadi siyasətin nəticəsi olaraq əldə edilmiş güclü tərəqqi səhiyyənin profilaktik istiqamətinin aparıcı qüvvəsi olan sanitariya-epidemioloji xidmətin fəaliyyətinin səmərəliliyinə öz müsbət təsirini göstərib. Yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində ölkəmizdə epidemioloji sabitlik təmin edilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bu ilin birinci rübündə Bakıda su ilə dolu 238 zirzəminın aşkarlandığını diqqətə çatdıraraq deyib ki, həmin zirzəmilərdən götürülən su nümunələri analiz olunduqdan sonra nəticələri barədə müvafiq icra hakimiyyəti orqanlarına təkliflər göndərilir.

“Dəyirmi masa”da qida zəhərlənmələrinin və qida vasitəsilə baş verən yoluxucu xəstəliklərin profilaktikası sahəsində görülən tədbirlərdən də danışılıb. Diqqətə çatdırılıb ki, yeyinti məhsullarının təhlükəsizliyinə mikrobioloji və toksikoloji laboratoriya nəzarəti müasir beynəlxalq tələblər səviyyəsinədək yüksəldilmiş, həmin laboratoriyalar ən müasir avadanlıqlarla və tam hazırlıqlı kadrlarla təmin olunub. Bununla yanaşı, vurğulanıb ki, əhali arasında hələ də kütləvi qida zəhərlənmələri, hətta ölümlə nəticələnən botulizm hadisələri baş verdiyi üçün bu sahədə maarifləndirmə işlərinin davam etdirilməsi çox vacibdir.

Azərbaycanda 2013-cü ildən malyariyaya yerli yoluxma halları qeydə alınmayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib VİDEO

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb