İQTİSADİYYAT


Azərbaycanda 9 kəndin qaz təchizatı dayandırılıb

Bakı, 15 avqust, AZƏRTAC

Şabran rayonunda baş verən yanğına görə 9 kəndin qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a verilən məlumata görə, bu gün Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.