İQTİSADİYYAT
Azərbaycanda İsveçrə kapitallı 60 şirkət fəaliyyət göstərir
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycanda tikinti, ticarət, nəqliyyat, xidmət, kənd təsərrüfatı və sair sahələrdə 60 İsveçrə kapitallı şirkət fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda İsveçrənin əsas ticarət tərəfdaşıdır. 2019-cu ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib.
Nazir ölkələrimiz arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi əməkdaşlıq, ikiqat vergitutma və digər sahələrdə 25-ə yaxın sənəd imzalandığını söyləyib.