SİYASƏT


Azərbaycanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı keçiriləcək

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 30-da ölkəmizdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTACA-a bildirilib ki, konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub.

Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatlarının təmsilçilərinin iştirakı gözlənilir. Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, “Bakı Bəyannaməsi” qəbul olunacaq, qurumun sədri və sədr müavinləri seçiləcək.

Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Konfrans çərçivəsində tədbir iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.