İQTİSADİYYAT


Azərbaycanda “SİMA” adlı bulud əsaslı yeni nəsil rəqəmsal imza hazırlanıb

Bakı, 11 fevral, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC dövlət-özəl tərəfdaşlığı çərçivəsində “SVORT” və “Sinam” şirkətləri ilə birgə “SİMA” adlı bulud əsaslı yeni nəsil rəqəmsal imza hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 11-də “Yeni nəsil rəqəmsal imza” məhsulunun təqdimatı tədbirində “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov deyib.

O bildirib ki, “SİMA” hər kəs üçün əlçatan olacaq. Mobil tətbiq vasitəsilə işləyən yeni nəsil rəqəmsal imzanı mobil cihaza endirmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. “SİMA” rəqəmsal transformasiyanın bütün qollarını – dövlət, əhali və biznes istiqamətlərini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.