İQTİSADİYYAT


Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Bakı, 21 yanvar, AZƏRTAC

2022-ci ildə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 237,1 milyon manatlıq məhsul istehsal olunub.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, 2021-ci illə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 5,7 faiz, elektrik avadanlıqlarının istehsalı isə 25,6 faiz artıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,1 dəfə çox olub, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 35,2 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.