CƏMİYYƏT
Azərbaycanda koronavirus infeksiyasından daha 39 nəfər müalicə olunaraq sağalıb
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 39 nəfər müalicə olunaraq sağalıb, 38 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 335 min 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 123 nəfər müalicə olunaraq sağalıb, 4970 nəfər vəfat edib. Aktiv xəstə sayı 781 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 733 min 194 test aparılıb. Bugünkü test sayı isə 4482-dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]