CƏMİYYƏT


Azərbaycanda koronavirusa qarşı birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon yarıma yaxınlaşıb

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 3-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 50 min 988 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 45219, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5769 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 418 min 82-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 497 min 993, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 920 min 89 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.