REGİONLAR


Azərbaycanda payızlıq əkin sahələrinin 50,6 faizi şumlanıb

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasında payızlıq əkin sahələrinin şumlanması həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 61 rayon üzrə ümumilikdə 565577 hektar sahədə şum işləri aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7715 hektar çoxdur. Belə ki, 2019-cu ildə 557862 hektar sahə şumlanmışdı. Bu il ümumilikdə 1 118 346 hektar sahədə şum aparılması proqnozlaşdırılır. Şumlanan əkin sahələri respublikada mövcud olan sahələrin 50,6 faizini təşkil edir.

Qeyd edək ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti hər zaman fermerlərimizin yanında olaraq, onların şum, əkin və biçin zamanı texnika ilə təmin olunmasında yaxından iştirak edir. Cari ildə həyata keçirilən şum prosesi zamanı fermerlərimiz 2127 şum traktoru ilə təmin olunub ki, bunun 351 ədədi rayon bölmələri tərəfindən cəlb olunan texnikalar təşkil edir. Şum prosesində əlavə olaraq, 27 ədəd mala, 35 ədəd toxumsəpən və 288 ədəd kotan cəlb olunub. Texnikaların cəlb olunduğu sahələr daha çox Ağsu, İmişli, Oğuz, Şəki, Ağdaş, Samux, Sabirabad və Kürdəmir rayonları üzrə təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.