ELM VƏ TƏHSİL


Azərbaycanda təhsilin inkişafı Ulu Öndərin adı ilə bağlıdır

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində müasir müstəqil Azərbaycanın banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə onlayn tədbir keçirilib.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, fakültənin dekanı iqtisad elmləri namizədi Hafis Hacıyev çıxış edərək, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb, Ulu Öndərin qəbul etdiyi qərarların, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlərin və tarixi tövsiyələrin bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verdiyini qeyd edib.

Sonra Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda çıxış edərək Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlərindən söz açıb, ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatması və inkişafının bilavasitə Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib.

Tədbir tələbələrin çıxışları ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.