SİYASƏT


Azərbaycanın Çexiyadakı səfirliyi ilə Avropa-Azərbaycan Ticarət Palatası arasında memorandum imzalanıb

Bakı, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Azərbaycanın Çexiyadakı səfirliyi ilə Avropa-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Memorandum Azərbaycan-Çexiya ticari-iqtisadi münasibətlərinin inkişafına, hər iki ölkənin işgüzar dairələri arasında təmasların təşviqinə, eləcə də Çexiyada Azərbaycanın təbliğinə xidmət edəcək.

Səfirlik ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) arasında indiyə qədər uğurlu əməkdaşlıq davam edir. Belə ki, əməkdaşlığın nəticəsi olaraq, Gəncə avtomobil zavodu ilə Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair memorandum imzalanıb. Əməkdaşlığın davamı olaraq, Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) ilə səfirlik arasında cari il ərzində ölkəmizlə bağlı müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.