SİYASƏT
Azərbaycanın İspaniyadakı səfirliyində referendumla əlaqədar seçki məntəqəsi yaradılacaq
Madrid, 13 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının İspaniyada yaşayan vətəndaşlarının seçki hüquqlarının həyata keçirilməsi məqsədilə ölkəmizin İspaniyadakı səfirliyində referendumla əlaqədar seçki məntəqəsi yaradılacaq.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 26 iyul 2016-cı il tarixli Sərəncamına əsasən, cari ilin 26 sentyabr tarixində ümumxalq səsverməsi (referendum) keçiriləcək. Azərbaycanın İspaniyadakı səfirliyində yaradılacaq seçki məntəqəsində konsulluq qeydiyyatında olan hər bir vətəndaş ümumxalq səsverməsində (referendum) iştirak edə biləcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid