Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının 1992-ci il 7 iyul tarixli 201 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 13, maddə 492; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 141; 2016, № 1, maddə 32) ilə təsdiq edilmiş “Qızıl Ulduz” medalının təsviri”nin ikinci hissəsinin ikinci cümləsində “Yuxarı şüanın küncündə” sözləri “Arxa tərəfinin aşağı hissəsində” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin