ELM VƏ TƏHSİL
Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı tədqiqatlar aparılacaq
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu 2019-2021-ci illərdə “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması” mövzusunda tədqiqatlar aparmağı nəzərdə tutur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatların məqsədi Azərbaycanda aparılan iqtisadi islahatların effektivliyinin daha da artırılmasına töhfə verməkdir.
Xatırladaq ki, strateji yol xəritələrində qarşıya qoyulan vəzifələri əsas tutaraq, 2017-2018-ci illərdə institut Azərbaycanda post-neft iqtisadiyyatı quruculuğunun sürətləndirilməsi istiqamətində kompleks elmi-tədqiqat işi yerinə yetirib. İnstitutun hazırlayıb beynəlxalq ekspert icmasına təqdim etdiyi metodologiya əsasında 6 sektor üzrə qiymətləndirmə aparılıb.