Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanın biznes və investisiya cəlbediciliyi

Azərbaycanın biznes və investisiya cəlbediciliyi

Ölkənin biznes və investisiya mühitinin əlverişliliyini xarici

sərmayəçilərin rəyləri də təsdiq edir

Bakı, 7 oktyabr, AZƏRTAC

Biznesin uğurlu olması, investisiya fəaliyyətinin genişləndirilməsi, eləcə də yeni məhsul və xidmətlərin yaradılması zamanı bu sahədə tələbatın, müştərilərin, rəqiblərin, satış şəbəkəsinin və sair bu kimi məlumatların öyrənilməsi üçün sahibkarlıq subyektlərinin baxışlarını öyrənmək, onların gözləntilərini və risklərini təhlil etmək üçün müxtəlif sorğular aparılır.

Ölkəmizdə iqtisadi şaxələndirmə, qeyri-neft sahələrinin inkişafı və əlverişli sərmayə qoyuluşunun təmin edilməsi məqsədilə önəmli islahatlar həyata keçirilir. Pandemiyanın yaratdığı qlobal çətinliklərə və dünyada iqtisadi geriləmələrə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz inkişaf templərini qoruyub saxlamaqla böhrandan minimum itkilərlə çıxmağa nail oldu. Ölkəmizin sosial və iqtisadi sahədə əldə etdiyi uğurlar və müsbət nəticələr beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda, keçirilən rəy sorğularında da əksini tapır.

AZƏRTAC xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə bu yaxınlarda təqdimatı olmuş “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021” hesabatı da bu qəbildəndir.

Azərbaycanda investisiya mühiti və həyata keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında 2021-ci ilin may-iyul aylarında keçirilmiş sorğunun nəticələrinə əsaslanan və sorğu iştirakçılarının cavablarını özündə əks etdirən hesabat ölkədəki investisiya mühitinə diqqət ayırmaqla xarici şirkətlərin Azərbaycandakı fəaliyyətinə fokuslanıb. Hesabatda Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətlər, ölkənin investisiya yatırımı üçün cəlbediciliyi əcnəbi iş adamları tərəfindən xüsusi olaraq vurğulanır. Yetərincə nüfuzlu şirkətlər arasında aparılmış sorğu nəticəsində hazırlanan hesabat Azərbaycanda pandemiyanın iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi və təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsi baxımından da real mənzərəni ortaya qoyur.

Ümumiyyətlə, bu cür hesabatlar işgüzar dairələrin rəyinin öyrənilməsi, biznes çağırışlarının dəyərləndirilməsi, hər hansı ölkənin biznes cəlbediciliyinin səviyyəsini nümayiş etdirmək baxımından əhəmiyyət kəsb edir.

Azərbaycanda işgüzar mühit əcnəbi iş adamları tərəfindən necə qiymətləndirilir?

Qeyd edək ki, “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti Sorğusu 2021” hesabatının hazırlanması məqsədilə Azərbaycanda fəaliyyət göstərən və 30 ölkəni (Almaniya, Böyük Britaniya, ABŞ, İsveçrə, Türkiyə və sair) təmsil edən 270 xarici şirkətə sorğu göndərilib. Dəyərləndirmə üçün 130 etibarlı və tamamlanmış cavab seçilib.

Diqqət çəkən məqam ondan ibarətdir ki, sorğuda iştirak edən xarici şirkətlərin 88 faizi mikro müəssisələr və KOB-ların isə 67 faizi 10 ildən çoxdur ki, Azərbaycanda öz layihələrini həyata keçirir, ölkə iqtisadiyyatı və yerli bazar haqqında geniş məlumata malikdir.

Sorğuda rəyi öyrənilən respondentlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini sabit qiymətləndirir. Müqayisə üçün qeyd edək ki, ötənilki hesabatda bu göstərici 39 faiz təşkil edirdi.

Xarici şirkətlərin 57 faizi Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətindədir. Pandemiya ilə əlaqədar investisiya qoyuluşu sahəsində yaranmış çətinliklərə baxmayaraq, xarici şirkətlər Azərbaycanın gələcəyinə nikbinliklə baxır və birbaşa xarici investisiyaların azalmadığını qeyd edirlər.

Xarici investorların azad edilmiş ərazilərimizin bərpasında və yenidən qurulmasında iştiraka marağı...

Məlum olduğu kimi, Vətən müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə mühüm layihələrə start verilib və bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Qeyd edilməlidir ki, azad edilmiş ərazilərimizin zəngin təbii sərvətləri, mineral ehtiyatları, aqrar və turizm potensialı xarici şirkətlərin diqqətini cəlb edir. Yeni əsası qoyulmuş Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının strateji əhəmiyyəti, azad edilmiş ərazilərdə sənaye zonalarının yaradılması xarici şirkətlərin investisiya yatırmaq imkanlarını daha da genişləndirəcək. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan Rusiyanın “KamAZ” ASC ilə Cəbrayılda “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin yaradılması da xarici sərmayədarların azad edilmiş ərazilərimizdə biznesin qurulmasında iştiraka maraqlarının göstəricisidir.

Təkcə azad edilmiş ərazilərimizdə yox, ümumiyyətlə, ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər, pandemiyanın Azərbaycanda biznes mühitinə təsiri və hökumətin dəstək mexanizmləri, sənaye zonalarının, həmçinin Ələt Azad İqtisadi Zonasının logistika imkanları, Milli Prioritetlərimizdən olan işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış, bu ərazilərdə reallaşdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları sərmayədarlar üçün yeni biznes və investisiya imkanları açır.

Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulması, tenderlərin meyar və prosedurları haqqında şəffaf və proqnozlaşdırıla bilən proseslər əsasında müqavilələr bağlayaraq, Azərbaycanın iş bütövlüyünə sadiqliyini nümayiş etdirmək imkanı yaradır.

Aparılmış sorğuya əsasən demək olar ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasına üzv şirkətlər işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq layihələrinə böyük maraq göstərirlər. Şirkətlərin 61 faizi bu layihələrdə podratçı/subpodratçı kimi çıxış etmək və ya dövlət-özəl tərəfdaşlığı çərçivəsində iştirakda maraqlıdırlar.

Xarici şirkətlərin 43 faizi Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək layihələrdə iştirak edə biləcəklərini, 22 faizi iştirakın mümkünlüyünü, 17 faizi isə (əksəriyyəti tikinti, telekommunikasiya və informasiya texnologiyaları sahələri üzrə müəssisələr olmaqla) iştirak etmək marağını artıq bildiriblər.

Respondentlərin 60 faizi (əvvəlki hesabatda 50 faizi) Azərbaycanı əlverişli biznes məkanı kimi tövsiyə edir. Xarici iş adamları inanır ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparılması Xəzər bölgəsində təhlükəsizliyin və stabilliyin gücləndirilməsinə, beynəlxalq nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsinə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməklə yanaşı, dünyada ölkəmizin investisiya cəlbediciliyini və rəqabət qabiliyyətini artıracaq.

Sorğuda iştirak edənlərin 71 faizi Azərbaycandakı siyasi sabitliyi, 49 faizi təhlükəsiz ölkə olduğunu, 39 faizi infrastruktura davamlı sərmayə qoyuluşunu xüsusi vurğulayıb.

Hesabatda, həmçinin biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatların davam etdirilməsi gözləntiləri də əksini tapıb.

Göründüyü kimi, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi və xarici şirkətlərin bu baxımdan ölkəmizə marağı keçirilmiş rəy sorğularında da aydın ifadə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir VİDEO

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib VİDEO

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO