İDMAN


Azərbaycanın daha bir idmançısı Ər-Riyadda ümumdünya etno festivalında bürünc medal qazanıb

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycanın daha bir idmançısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ümumdünya etno festivalında bürünc medal qazanıb.

Azərbaycan Sumo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, sumoçumuz Camal Feyziyev kəmər güləşi üzrə dünya çempionatında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. O, 37 idmançının qatıldığı yarışda Sinqapur, Türkmənistan və Özbəkistan təmsilçilərini məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda sabiq dünya çempionu moldovalı güləşçi ilə görüşdə bərabər xal toplasa da (3:3) hakimlərin ədalətsiz qərarı nəticəsində uduzub.

Azərbaycanlı idmançılardan Zaur Bağırov hələ çempionatda mübarizəyə başlamayıb.

Yarışlara 90 ölkədən 3 mindən çox idmançı qatılıb. Çempionatda azərbaycanlı sumoçular mütləq çəki dərəcələrində mas-reslinq və ənənəvi güləş üzrə yarışlarda mübarizə aparırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.