İDMAN
Azərbaycanın iki cüdoçusu “Böyük dəbilqə” beynəlxalq turnirinin dörddəbir final mərhələsinə yüksəlib
Bakı, 10 may, AZƏRTAC
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə” beynəlxalq turnirində iki Azərbaycan cüdoçusu dörddəbir final mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçularımızdan Nicat Şıxəlizadə əvvəlcə türkmənistanlı Muhammed Kossekova, daha sonra isə Qvineya-Bissau təmsilçisi Dioqo Sezara qalib gəlib. Rusiya təmsilçisi Yakub Şamilovu da məğlub edən təmsilçimiz dörddəbir finala yüksəlib. Onun rəqibi Ukrayna idmançısı Boqdan Yadov olacaq.
Millimizin üzvü İbrahim Əliyev (66 kq) də dörddəbir finala vəsiqə qazanıb. Belə ki, cüdoçumuz braziliyalı Çarlz Çibana və Türkiyə təmsilçisi Sinan Sandala qalib gələrək mərhələ adlayıb. O, yarımfinal uğrunda görüşdə özbəkistanlı Muxriddin Tilovov ilə qarşılaşacaq.