Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın şanlı oğlu xatirələrdə yaşayır

Bakı, 3 noyabr (AZƏRTAC). Noyabrın 1-də Moskvada tanınmış Azərbaycanlı biznesmen və xeyriyyəçi Aydın Qurbanovun “Azərbaycan dünyası” (“Mir Azerbaydjana”) beynəlxalq jurnalının və “Dədə Qorqud” Milli Xeyriyyə Fondunun təsis etdiyi “Vətən Övladı” qızıl ordeni ilə təltif edilməsi (ölümündən sonra) mərasimi keçirilmişdir. Təltif mərasiminin tarixi heç də təsadüfü seçilməmişdir - Aydın Qurbanov düz səkkiz il bundan əvvəl, 50 yaşının tamam olmasına cəmi bir neçə gün qalmış dünyasını dəyişmişdir.

Təltif mərasimində görkəmli elm və mədəniyyət xadimləri, Azərbaycan İctimai təşkilatlarının rəhbərləri, tanınmış sahibkarlar, Aydın Qurbanovun doğmaları və yaxınları iştirak etmişlər. Mərasimdən əvvəl tədbirin bütün iştirakçıları Kuntsevo qəbiristanlığında Aydın Qurbanovun məzarını ziyarət etmiş, Azərbaycanın şanlı oğlunun xatirəsini hüznlə yad etmişlər.

“Vətən Övladı” qızıl ordeninə cəmiyyətin ən yaxşı nümayəndələri layiq görülür. İndiyə qədər müxtəlif illərdə Azərbaycan, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan və digər ölkələrin ictimai-siyasi xadimləri, elm, mədəniyyət və biznes nümayəndələri bu ordenlə təltif edilmişlər.

Aydın Səməd oğlu Qurbanov bu mükafata cəmiyyətin rifahı naminə fədakar fəaliyyətinə, Rusiya ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə və inkişafına verdiyi sanballı töhfələrə görə layiq görülmüşdür.

Azərbaycan torpağı həmişə ehtiyacı olanlara kömək etmək, istedadları dəstəkləmək, ölkənin elm və mədəniyyətinə töhfələr verməyə hazır olan nəcib və səxavətli insanlar yetişdirmişdir. Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi böyük Azərbaycan mesenatlarının şöhrəti və xatirəsi unudulmur. Müasirimiz Aydın Qurbanovun adı da belə insanlar sırasındadır.

Aydın Qurbanov Bakıda anadan olmuş, orta məktəbi bitirdikdən sonra 17 yaşında Moskvaya getmiş, Plexanov akademiyasına daxil olmuşdur. Aydın Qurbanov olduqca istedadlı və fəal insan idi. Məhz əməksevərliyi və əzmkarlığı sayəsində o, tezliklə məşhur sahibkar kimi tanınmış, eyni zamanda ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. Aydın Qurbanov məhz onun təşəbbüsü ilə yaradılmış Ümumrusiya Azərbaycanlılar Konqresinin vitse-prezidenti idi. O, Azərbaycan ilə Rusiya arasında siyasi-iqtisadi və mədəni əlaqələrin inkişafına kömək edir, bu istiqamətdə müxtəlif proqramları dəstəkləyir və reallaşdırırdı.

2001-ci ildə Aydın Qurbanov Moskvanın və Bütün Rusiyanın Patriarxı İkinci Aleksinin xeyir-duası ilə Bakıda Müqəddəs Miradaşıyan Qadınların Pravoslav kilsəsinin bərpası ilə əlaqədar bütün xərcləri öz üzərinə götürmüşdür. Rəmzi haldır ki, əsaslı təmirə ehtiyacı olan, bərpası Aydın Qurbanovun qismətinə düşmüş bu məbədin tikintisində onun məşhur və xalq arasında sevilən sələfi Zeynalabdin Tağıyev iştirak etmişdir. Azərbaycanda pravoslav kilsə həyatının dirçəldilməsinə və Kafedral Kilsənin bərpasına verdiyi böyük töhfəyə görə Patriarx İkinci Aleksi Aydın Qurbanovu Müqəddəs knyaz Daniil kilsə Moskovski ordeni ilə təltif etmişdir.

Aydın Qurbanov uşaq evlərinə, veteranlara, pensiyaçılara, əlillərə hərtərəfli kömək göstərir, təhsil və tibb müəssisələrini maliyyələşdirirdi. Bir sözlə, onun dəstəyinə və diqqətinə ehtiyacı olanlardan heç birini unutmur, onlara yardım göstərməkdən imtina etmirdi. İstər həmyerlisi və ya qohumu olsun, istərsə tanımadığı bir adam.

“Dədə Qorqud” Milli Xeyriyyə Fondunun prezidenti, “Azərbaycan dünyası” (“Mir Azerbaydjana”) beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov mükafatı Aydın Qurbanovun oğlu Səmədə təqdim edərək demişdir: “Biz Azərbaycanın şanlı oğul və qızlarını həmişə yüksək qiymətləndirmişik və xeyriyyəçilik ənənələrinin şanlı davamçısı, öz vətənini və xalqını ürəkdən sevən Aydın Qurbanovun da mənsub olduğu gözəl insanlar pleyadası ilə fəxr edirik. Bu gün mən bu mükafatı Aydın Qurbanovun layiqli varisi olan oğluna böyük məmnuniyyətlə təqdim edirəm. Əminəm ki, bizim ən böyük sərvətimiz neft və digər təbii sərvətlər deyil, ölkəmizin gələcəyi olan gənclərdir”.

Səməd Qurbanov bu mükafata və atasının fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Eldar İsmayılova, Ali Ağsaqqallar Şurasının üzvü Yevgeni İvanova və onların şəxsində “Azərbaycan dünyası” (“Mir Azerbaydjana”) jurnalına və “Dədə Qorqud” Fonduna təşəkkürünü bildirmişdir. Bu diqqətdən ruhlandığını etiraf edən Səməd Qurbanov tədbir iştirakçılarını əmin etmişdir ki, atasının bütün həyatı boyu sadiq qaldığı amallara görə layiq görüldüyü mükafat onun Rusiya və Azərbaycanın maraqlarına xidmət etməsi üçün böyük stimul olacaqdır.

Bu gün Aydın Qurbanov aramızda yoxdur, lakin onun nurlu xatirəsi yaşayır və şanlı əməllərində, xalqının, doğma diyarın qəlbində daim yaşayacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib