İQTİSADİYYAT


Azərbaycanın təbii qaz ixracı 2 dəfədən çox artıb

Bakı, 15 may, AZƏRTAC

Cari ilin ilk 4 ayında Azərbaycandan 4 milyard 39 milyon 658 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yanvar-aprel aylarında ixrac olunan təbii qazın dəyəri 637 milyon 955 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin eyni dövründə ölkədən 1 milyard 893 milyon 203 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 342 milyon 922 min dollar olmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.