İDMAN
Azərbaycanlı ağır atlet Avropa birinciliyinin gümüş medalına sahib olub
Bakı, 23 oktyabr, AZƏRTAC
Polşanın Zamots şəhərində 20 yaşlı və 23 yaşadək gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.
Yığmamızın üzvü Paşa İbrahimli 23 yaşadək gənclər arasında 69 kiloqram çəki dərəcəsində birdən qaldırma hərəkətində 136 kiloqramı ram edərək dördüncü olub. Atletimiz təkanla qaldırma hərəkətində 165 kiloqramı başı üzərinə qaldıraraq Avropa birinciliyinin gümüş medalına layiq görülüb.
P.İbrahimli toplam 301 kiloqram (136+165) nəticə ilə yekun sıralamada dördüncü yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]