ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Krım Federal Universitetinin yüz illiyinə həsr olunmuş tədbirə dəvət alıb
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev V.Vernadski adına Krım Federal Universitetinin (KFU) 100 illiyinə həsr olunmuş XI beynəlxalq simpoziumda iştirak üçün dəvət alıb.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Simferopolda “Sosial-iqtisadi sistemlərin inkişafı, idarə edilməsi, modelləşdirilməsi və təhlili” mövzusunda keçiriləcək tədbirin təşkilatçıları KFU, Rusiya Elmlər Akademiyasının Sistemli Təhlil İnstitutu, Sankt-Peterburq Dövlət Universiteti, Belarus Dövlət Universiteti və Donetsk Milli Universitetidir.
Tədbir sentyabrın 14-dən 27-dək davam edəcək.