ELM VƏ TƏHSİL


Azərbaycanlı alim Tehranda beynəlxalq konfransın plenar iclasına sədrlik edib

Bakı, 14 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov İranın paytaxtı Tehranda farsdilli ədəbiyyatın görkəmli nümayəndəsi Bidel Dehləviyə həsr olunmuş V beynəlxalq konfransda “XVI əsr farsdilli ədəbiyyatda üslub dəyişiklikləri” mövzusunda məruzə ilə çıxış edib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, professor M.Kazımov 18 ölkədən tanınmış alim və mütəxəssislərin qatıldığı konfransın plenar iclasına sədrlik edib. Konfransda 50-dən çox məruzə dinlənilib. Məruzələr Bidel Dehləvinin yaradıcılığı ilə bağlı fəlsəfi, ədəbi, tarixi, dini və s. mövzulara həsr olunub.

Tədbirdə İranın tanınmış şairləri Əbdülcabbar Kakai, Əlirza Qəzve öz şeirlərini oxuyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.