İDMAN


Azərbaycanlı jurnalist Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının Romada keçirilən konqresində iştirak edib

Roma, 8 oktyabr, AZƏRTAC

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin (AİJİB) idarə heyətinin üzvü Ayan Nəcəf-Ağayeva oktyabrın 4-6-da İtaliyanın paytaxtı Romada keçirilən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 84-cü Dünya Konqresində iştirak edib.

AZƏRTAC xəbər verir ki, müxtəlif iclaslar, sessiyalar və seçkilərin keçirildiyi konqresdə beynəlxalq miqyasda idman jurnalistikasının inkişafı istiqamətində atılan addımlar müzakirə olunub. İdman jurnalistikasında peşəkarlığın artması üçün təhsil və inklüzivlik kimi vacib məsələlərə toxunulub.

AIPS Dünya Konqresinə prezident seçkilərində Gianni Merlo növbəti dəfə assosiasiyanın prezidenti seçilib. Növbəti AIPS konqresinin 2023-cü ildə Koreya Respublikasında keçiriləcəyi bildirilib. Builki konqresdə ev sahibliyi edən İtaliya AIPS bayrağını Koreya Respublikasına ötürüb.

1924-cü il iyulun 2-də Parisdə yaradılan AIPS-də hazırda 164 ölkə təmsil olunur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.