CƏMİYYƏT
Azərbaycanlı professor Türk Kardiovaskulyar İnvaziv Radiologiya Cəmiyyətinin diplomuna layiq görülüb
Bakı, 20 fevral, AZƏRTAC
Həkimlik təcrübəsində, əsasən də cərrahi intizamda əməliyyatların fəsadsız və ya ən az fəsadlarla nəticələndirilməsi üçün keyfiyyət çox mühüm şərtdir. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar cərrahı professor Əhməd Məmiş məhz həmin keyfiyyətinə görə Türk Kardiovaskulyar İnvaziv Radiologiya (TGRD) Cəmiyyətinin yeni təsis etdiyi invaziv radiologiyada keyfiyyəti təsdiq edən “TGRD diplomu”na layiq görülüb.
Bu barədə AZƏRTAC-a RMDM-in mətbuat xidmətindən məlumat veriblər.
Qeyd edək ki, professor Əhməd Məmiş 2011-ci ildə Avropa Kardiovaskulyar İnvaziv Radiologiya (CIRSE) Cəmiyyətinin invaziv radiologiyada Avropa keyfiyyətini təsdiq edən “EBIR diplomu” ilə təltif edilib.