İQTİSADİYYAT
“Azercell Telekom” MMC karyera sərgisində iştirak edib
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Azercell Telekom” MMC “ADA” Universitetində keçirilən üçüncü karyera sərgisində iştirak edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, tədbirdə tələbə və məzunlar mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, həmçinin, işəgötürənlər potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.
Tədbirdə “Azercell”in ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri “Azercell”də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil ediblər. Yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu şirkətdə karyera qurmaq istəyində olan gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb. Universitet məzunlarına “Azercell”də vakant yerlər haqqında da məlumat verilib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.