İQTİSADİYYAT


Azercell-in dəstəklədiyi MilliNet müsabiqəsinin qalibləri bəlli oldu

Bakı, 22 dekabr, AZƏRTAC

“Azercell Telekom” MMC-nin baş sponsoru olduğu internet mükafatı olan MilliNet-in qalibləri bəlli oldu.

MMC-dən AZƏRTAC-a bildiriblər ki, bu il mükafata 322 sayt təqdim edilib, lakin onların sırasından qaydalara uyğun olan 272-si səsverməyə çıxarılıb. Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 272 sayt arasından ən yaxşı 78 sayt nominant statusu alıb. Azərbaycan İnternet Forumunun üç istiqamət üzrə formalaşdırdığı münsiflər heyəti 2-ci səsvermə prosesində 78 nominant arasından ən yaxşılarını seçib.

Təqdimat mərasimində Azercell şirkətinin Korporativ Ünsiyyət Bölümünün rəhbəri Nigar Şıxlinskaya çıxış edərək MilliNet müsabiqəsinin ölkədə internetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, gələcəkdə də internetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.

Beləliklə, Korporativ saytlar nominasiyasında http://www.bakisigorta.az, İctimai-sosial - http://www.fotobank.az, Media və İnformasiya - http://interaztv.com, Mədəniyyət, incəsənət və turizm-http://raufabdullayev.com, Ailə, uşaq və sağlamlıq -http://saglamolun.az, Asudə vaxt, idman və əyləncə - http://idol.az, Elektron hökumət - http://www.cbar.az, Xidmət (Servis) - http://xercim.az,Qarabağla bağlı - http://www.qam.az saytları qalib olublar.

Nominasiyanın hər biri üzrə qalib gələnlərə MilliNet-in tuncdan hazırlanmış xüsusi mükafatı - hörümçək toru əks olunan buta təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.