REGİONLAR
“Azərikimya” İstehsalat Birliyində ətraf mühitin qorunması prioritet məsələdir
Birliyin mətbuat xidmətindən AZƏRTAC –a bildiriblər ki, struktur bölmələrində çalışan müvafiq şöbələrin mühəndis-texniki işçilərinin və baş mütəxəssislərin, həmçinin “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələrinin də qonaq qismində iştirak etdikləri tədbiri “Azərikimya” İB-nin icraçı direktorunun müavini Vüqar Kərimov açıb. O, 8 ay ərzində texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə daimi fəaliyyət göstərən komissiyanın, həmçinin enerjidaşıyıcılara qənaət komissiyasının gördükləri işlər barədə hesabat xarakterli məlumat verib, qeydə alınan qayda pozuntularının keçən ilin müvafiq dövrü ilə müqayisədə müxtəlif istiqamətlər üzrə təsnifatını iştirakçıların diqqətinə çatdırıb.
Sonra əməyin mühafizəsi və ekologiya şöbəsi tərəfindən slaydların və videoçarxların köməyi ilə “Yüksəklikdə işlərin təhlükəsiz aparılması qaydaları” mövzusunda maarifləndirici təqdimat keçirilib və mövzu ətrafında müzakirələr aparılıb.
Yığıncaqda etilen-polietilen zavodunun mütləqləşdirilmiş izopropil spirti sahəsinin əsaslı təmiri və yenidənqurma işlərində fərqlənmiş 13 nəfər əməkdaşa fəxri fərman və pul mükafatları təqdim edilib.