İQTİSADİYYAT


“Azəriqaz” yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi üzrə yaradılmış Seçki Komissiyasının iclası olub

Bakı, 25 fevral, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının videokonfrans formatında iclası keçirilib.

Birlikdən AZƏRTAC-a bildirilib ki, iclasda “Azəriqaz”ın Hüquq departamentinin rəisi Vüqar Eyvazov, Təmir-Tikinti İdarəsinin rəisi Vidadi Həsənov, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov və birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov iştirak edib. Birliyin rəhbər şəxsləri ilə yanaşı, iclasa “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov, “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev, “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli, “Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin sədri Ülvi Əliyev də qatılıb.

İclasda Seçki Komissiyasının sədrinin seçilməsi, İctimai Şuranın üzvlərinin say həddinin müəyyən edilməsi və digər məsələlər müzakirə edilib. Birliyin Hüquq departamentinin rəisi V.Eyvazov İctimai Şuranın yaradılması ilə əlaqədar birliyin baş direktoru Ruslan Əliyevin təşəbbüsünə dəstək verdikləri üçün iştirakçılara təşəkkürünü bildirib. O əlavə edib ki, “Azəriqaz” İB qaz təchizatı sahəsində göstərdiyi xidmətlər üzrə abonent məmnuniyyətinə nail olunmasını, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasını, ictimaiyyətlə səmərəli, qarşılıqlı və faydalı əlaqələrin qurulmasını prioritet vəzifə hesab edir.

Daha sonra bu sahədə kifayət qədər iş təcrübəsi olan “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri R.Atakişiyev Seçki Komissiyasına sədr seçilib. O cümlədən, “Azəriqaz” İB üçün İctimai Şuranın üzvlərinin say həddinin 11 nəfərdən ibarət olması məqsədəuyğun sayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.