İQTİSADİYYAT


“Azərkosmos” Afrikanın “Space Engineering” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı, 3 iyun, AZƏRTAC

“Azərkosmos” ASC Afrika regionunda telekommunikasiya və internet xidmətləri üzrə provayder şirkət olan “Space Engineering” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlığa əsasən “Space Engineering” provayderi vasitəsilə “Mwangaza” televiziya və radio kanalları “Azerspace-1” peyki üzərindən yayımlanacaq.

Kenya Respublikasında yayımlanan və təxminən 50 milyona yaxın izləyici və dinləyici auditoriyasına malik olan “Mwangaza” kanalında ingilis dilində gündəlik xəbərlər və sosial-iqtisadi mövzulu proqramlar nümayiş olunur.

Bundan əlavə “Space Engineering” Şərqi Afrika regionunda “Azerspace-1” peykinin resursları vasitəsilə müştərilərinə data xidmətləri təqdim edəcək.

Bu müqavilə Afrika regionunda, xüsusilə Kenyada yaşayan əhaliyə yüksək etibarlı peyk xidmətləri göstərmək istəyimizin göstəricisidir”, – deyə “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriye deyib.

O, “Space Engineering” şirkəti ilə bu əməkdaşlığın qarşılıqlı fayda gətirəcəyinə əminliyini ifadə edib.

“Biz “Azərkosmos”un keyfiyyətli peyk xidmətlərini istifadə etməkdən məmnunuq. “Azerspace-1” peykinin səmərəli peyk həlləri müştərilərimizə xidmət etmək üçün bizə geniş imkanlar verəcək”, – deyə “Space Engineering”nin şirkətinin direktoru Martin Kivuva bildirib.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.