İQTİSADİYYAT


“Azərpoçt” “Logistika” xidmətinin əhatə dairəsini genişləndirir

Bakı, 3 fevral, AZƏRTAC

“Azərpoçt” MMC-nin “Sədərək” Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə çatdırılmasını təmin edən “Logistika” xidməti artan templə inkişaf edir.

MMC-dən AZƏRTAC-a bildirilib ki, istifadəyə verildiyi 4 ay ərzində layihə çərçivəsində daşımaların həcmi 10 dəfədən çox artıb.

Qeyd edək ki, “Logistika” xidməti 2021-ci ilin oktyabrında COVID-19 pandemiyası şəraitində sahibkar və alıcıların rahatlığını təmin etmək, eyni zamanda, ölkədə onlayn alış-verişə dəstək məqsədilə yaradılıb.

Xidmətin fəaliyyətə başladığı ilk ay ərzində cəmi 95 daşıma həyata keçirilsə də, hazırda aylıq çatdırmanın sayı mindən artıqdır. Bu da “Azərpoçt”un bazarda olan tələbatı doğru təhlil edərək, satıcı və alıcılara optimal həll təklif etdiyini göstərir. Ötən 4 ayın göstəricilərinə əsasən, qurum yaxın zamanda aylıq xidmət həcminin 5 min çatdırmaya qədər yüksələcəyini proqnozlaşdırır.

“Logistika” xidmətindən istifadə etmək istəyən mağaza sahibləri “Sədərək” Ticarət Mərkəzinin “Elit 2” korpusunun 2-ci mərtəbəsində yerləşən “Azərpoçt” məntəqəsinə yaxınlaşa bilərlər.

Xatırladaq ki, “Azərpoçt” MMC ötən il “Logistika” xidməti ilə yanaşı, sahibkarların məhsullarının “Azərpoçt” şöbələrində vətəndaşlara təqdim olunmasını nəzərdə tutan “Retail” xidmətini də istifadəyə verib və qarşılıqlı əməkdaşlıqdan yüksək nəticələr əldə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.