REGİONLAR
“Azərsu” ASC-nin rəhbərliyi Beyləqan, Füzuli və İmişlidə vətəndaşları qəbul edəcək
Bakı, 10 may, AZƏRTAC
Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov mayın 17-də Beyləqan şəhərində Beyləqan və Xocavənd rayonundan olan sakinləri, sədr müavinləri isə Füzuli və İmişli şəhərlərində sakinləri qəbul edəcək.
"Azərsu"nun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbullar Beyləqan, Füzuli və İmişli Sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbulda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbul üçün Beyləqan, Füzuli və İmişli sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə "Azərsu" ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.