REGİONLAR


“Azərsu” ASC-nin sədr müavini Göygöldə vətəndaşlarla görüşüb

Bakı, 18 may, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov mayın 17-də Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Turani Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göygöl və Daşkəsən rayonlarından 46 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.

Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədr müavini K.Həsənov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.