ELM VƏ TƏHSİL


“BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsinin nəticələri dekabrda elan olunacaq

Bakı, 18 oktyabr, AZƏRTAC 

Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi münasibətilə Azərbaycanda təşkil edilən “BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsinin adlarla bağlı təkliflərin qəbulu mərhələsi başa çatıb.

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, ölkəmizdə böyük marağa səbəb olan müsabiqənin son qeydiyyat tarixinədək iştirakçılar tərəfindən tarixi şəxslər, coğrafi adlar, memarlıq abidələri və digər müxtəlif səpkili mövzuları əhatə edən mindən çox ad təklifi qeydə alınıb.

“BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsi üzrə Milli Komitənin sədri Namiq Cəlilov bildirib ki, artıq təkliflərin qəbulu dayandırılıb. Oktyabrın 25-dək bütün təkliflər dəyərləndirilərək, onların arasından 10 ən yaxşı təklif ictimaiyyətin açıq səsverməsi üçün təqdim olunacaq. Yekunda ictimaiyyət tərəfindən seçilmiş 3 təklif, baxılması üçün “BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsinin təşəbbüskarı olan Beynəlxalq Astronomiya İttifaqına göndəriləcək. Beynəlxalq Astronomiya İttifaqının BAİ100 Ekzoplanetləri adlandırın İdarə Heyətinin yekun qiymətləndirməsindən sonra 2019-cu ilin dekabrında nəticələr elan ediləcək.

Səsvermə mərhələsi zamanı BAİ-nin Azərbaycan üzrə Astronomiya Əlaqələndirmə İdarəsinin saytında ictimaiyyətin onlayn səs verməsi üçün keçid təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.