İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN NƏTİCƏLƏRİ
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların nəticələrinə görə, 3 bankın iştirakı ilə bağlanmış əqdlərin həcmi 300 min dollar olmuşdur. Hərrac sessiyasının açılışında 1 ABŞ dolları üçün məzənnə 4918 manat təşkil etmişdir. Təklif tələbatı ödəmiş, bağlanış məzənnəsi dəyişməz qalmışdır.
Bankların birja elektron hərrac sisteminə (BEST) verdikləri sifarişlərdə ABŞ valyutasının qiyməti orta hesablanmış məzənnəyə yaxın olmuşdur. USDAZM T+0 aləti üzrə bağlanan əqdlərin həcmi 1,325 milyon ABŞ dolları və ya 6,516 milyard manat təşkil etmişdir. Hər sövdələşmənin payına, orta hesabla, 265 min dollar düşmüşdür. T+1, T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. Banklar EURAZM, RURAZM üzrə BEST-ə sifariş verməmişlər.
BEST çərçivəsində fəaliyyət göstərən banklararası mütəşəkkil kredit bazarına illik faiz dərəcəsi 10 faiz olan 1,1 milyard manat məbləğində kredit vəsaiti yerləşdirilməsi barədə sifarişlər daxil olmuşdur. İyulun 30-da banklar arasında kredit alətlərinə dair əqdlər bağlanmamışdır.