İQTİSADİYYAT


BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI

Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə yanvarın 29-da USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4934,62 manat olmuşdur.

Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 milyon 384 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4933 manat olmuşdur. Təklif 1 milyon 384 min dollar və tələb 1 milyon 460 min dollar səviyyəsində olmuş, manatın məzənnəsi 1 bənd düşərək, 1 dollar üçün 4934 manat təşkil etmişdir.

Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının göstərilən qiyməti 1 USD üçün 4935 manat həddində idi.

BEST-də USD/AZM T+0 aləti üzrə 2 milyon 314 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 11,419 milyarddır. Bir əqdə, orta hesabla, 704 min dollar düşmüşdür.

Tələb olmadığından dilerlər RUR/AZM T+1, USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.

Banklar BEST-də AVR/AZM alətləri üzrə sifariş verməmişlər.

BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,074 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.

Yanvarın 29-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.