İQTİSADİYYAT
BAKI-BATUMİ MARŞRUTUNDA NEFT DAŞIYAN QATAR QƏZAYA UĞRAMIŞDIR
Bakıdan Gürcüstanın Batumi şəhərinə neft daşıyan qatar Qori şəhəri ilə Kaspi rayonu arasındakı sahədə relsdən çıxaraq qəzaya uğramış və nəticədə sisternlərdəki neft ətrafa dağılmışdır.
Gürcüstan Dəmir Yol Departamentinin sədri Giya Selidze AzərTac-ın müxbirinə bildirmişdir ki, bu qatar Azərbaycan Dövlət Dəmir Yol İdarəsinə məxsus deyildir. 8 sisternin aşması nəticəsində 160 ton neft ətrafa dağılaraq ekologiyaya ziyan vurmuşdur.
Bu qatarın Gürcüstanda, yaxud Azərbaycanda hansı təşkilata məxsus olduğunu müəyyənləşdirmək üçün araşdırmalar aparılır.
Faktla əlaqədar cinayət işi qaldırılmışdır.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]
AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb
- 07.05.2024 [12:45]