Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BAKI ŞƏHƏRİNDƏ ABADLIQ İŞLƏRİNİN SÜRƏTLƏNDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Son illər ölkəmizin paytaxtı Bakı şəhərində genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir. Görülən işlərin davam etdirilməsini təmin etmək məqsədilə qərara alıram:

1.  Bakı şəhərində aparılan abadlıq işlərini sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 20,0 (iyirmi) milyon manat məbləğində vəsait  ayrılsın.

 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin