DÜNYA
BAKI-SUPSA NEFT KƏMƏRİNDƏ QƏZA BAŞ VERMİŞDİR
Mayın 5-də Zestafoni rayonunun Sviri kəndindəki Kvirila çayının sağ sahilinin 400-500 metrliyində Bakı-Supsa net kəməri zədələnmişdir.
Nəticədə neft ətrafa axmış və 15 metr uzunluğunda və 40 metr enində sahəni xeyli çirkləndirmişdir. Deyildiyinə görə, zədələnmə qəsdən edilmişdir. Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Giya Çanturiya yerli və xarici ölkə jurnalistləri ilə keçirdiyi mətbuat konfransında bildirmişdir ki, artıq bu gün qəza aradan qaldırılmış, təmir işləri başa çatmışdır və hazırda Bakı-Supsa neft kəməri tam gücü ilə işləyir.
Müvafiq orqanlar hadisəni araşdırmaq üçün tədbirlər görürlər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [20:01]
Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb
- 04.05.2024 [17:34]
“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO
- 04.05.2024 [14:51]