DÜNYA


BƏM ŞƏHƏRİ İKİ İLƏ BƏRPA EDİLƏCƏK

AZƏRTAC-ın Tehrandan aldığı xəbərə görə, İran Prezidenti Məhəmməd Xatəmi hökumət üzvlərinin və parlament deputatlarının iştirakı ilə keçirilən müşavirədə bəyan etmişdir ki, dekabrın 26-da baş verən zəlzələnin dağıtdığı Bəm şəhəri iki ilə bərpa olunacaqdır. O demişdir: “Bəm İran xəritəsindən silinməyəcək və yenə öz yerini tutacaqdır”.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə qərargahın son məlumatında deyilir ki, zəlzələ nəticəsində həlak olanların sayı barədə ən pis proqnozlar doğru çıxır, indiyədək təxminən 40 min adam torpağa tapşırılmışdır və dəfn davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.