Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

BAZARLARDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ QİYMƏTLƏRİNİN SÜNİ ARTIMININ QARŞISI ALINIR
OKTYABRIN 8-DƏ BAKININ RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR

Oktyabrın 8-də – bazar günü Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Bu dəfə də qiymətlər bazarlardakından xeyli ucuz olmuşdur.

AZƏRTAC-ın müxbirləri satış yarmarkalarında olmuş, reportajlar hazırlamışlar.

SURAXANI RAYONU

Əmircan qəsəbəsinin S.Bəhlulzadə küçəsində, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində sakinlərə Cəlilabad rayonunun fermer və kəndli təsərrüfatlarında istehsal olunmuş geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu.

Fermerlər məhsullarını rahat satmaq üçün yaradılmış şəraitdən razılıq edirdilər.

Qaraçuxur qəsəbəsində, “Yeni Günəşli” yaşayış massivindəki “Günəş” ticarət mərkəzindəki yarmarkada isə Balakən, Biləsuvar fermerləri alıcılara kələm, pomidor, xiyar, armud, nar, üzüm və s, Qobustan heyvandarları isə ət məhsulları satırdılar.

BİNƏQƏDİ RAYONU

Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada şənbə və bazar günləri 23 tona yaxın meyvə-tərəvəz və müxtəlif ərzaq məhsulları satılmışdır. Burada Ağsu və Qazax rayonlarından gətirilmiş xiyar, soğan və pomidorun kiloqramı 20 qəpiyə, üzüm 40 qəpiyə, bibər, badımcan, kartof, kələm 30 qəpiyə, mal əti 3 manat 60 qəpiyə, qoyun əti 3 manat 70 qəpiyə təklif olunurdu.

Dərnəgül yaşayış sahəsində, K.Rəhimov küçəsində yerləşən 6 nömrəli peşə liseyinin qarşısındakı avtomobil yolunun kənarında təşkil edilmiş yarmarkada isə iki gün ərzində 52 tondan çox məhsul satılmışdır. Kartof və soğana növbələr bu məhsullara daha böyük tələbat olduğunu göstərir.

Alıcı Şövkət xanım yarmarkanın təşkilindən razılığını bildirib deyir ki, ilk vaxtlar yarmarkaların davamlı olacağına inanmırdım. Sonralar gördüm ki, səhv düşünürmüşəm. Yeri gəlmişkən, burada mallar həm ucuz, həm də təzədir, çəkidə də alıcını aldatmırlar.

Hər iki yarmarkada mövsümi məhsullar - kələm, kök, nar, alma, lobya və s. çoxluq təşkil edir. Bütün məhsullar bazarlardakından xeyli ucuzdur. Ət satışa yalnız baytar həkiminin icazəsi ilə çıxarılır.

NƏSİMİ RAYONU

Mərdanov qardaşları, 137, “Maşzavod” SC-nin (“Olimpik” idman kompleksinin yanında) həyətindəki yarmarkada kənd təsərrüfatı məhsullarının satışı səhər tezdən başlamışdır. Şəhər sakinləri istədikləri məhsulları ucuz qiymətə alır, yarmarkaların təşkilinə görə ölkəmizin Prezidentinə və hökumətimizə minnətdarlıq edirlər.

Hacıqabul rayonundan Nemət Şirəliyev 500 kiloqram xiyar, lobya, bibər gətirdiyini və artıq məhsulun xeyli hissəsini satdığını bildirir.

Sabirabad rayonundan gəlmiş Yasəf Fətullayev yarmarkanı təşkil edənlərə minnətdarlıq edərək deyir ki, gətirdiyimiz 3,5 ton məhsulu az vaxt ərzində satıb qurtarmışıq.

Həşimxanlı kəndinin sakinləri Nail Babayev və Bilal Bilalov almanı 15-20 qəpiyə, lobyanı 40 qəpiyə, xiyarı 15 qəpiyə, bibəri isə 20 qəpiyə satırlar.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimovun dediyinə görə, bü gün yarmarkaya Sabirabaddan 1,4 ton meyvə və ət, Hacıqabuldan 1,3 ton tərəvəz və ət məhsulları gətirilmişdir.

C.Məmmədquluzadə küçəsi,101, “Bakı Tikiş Sənaye” ASC-nin həyətindəki yarmarkada Lerik rayonunun Veri kəndindən gəlmiş Əbülfət İsiyev 2 ton kartof gətirdiyini və kiloqramını 36-37 qəpiyə verdiyini, məhsulun artıq 1 ton 300 kiloqramını satdığını bildirir.

Ağdaşlı Aqil Əliyev isə öz bağından yığıb gətirdiyi 200 kiloqram narın 150 kiloqramını satıb qurtarıbdır.

Suraxanı quşçuluq təsərrüfatından gətirilmiş toyuq ətinin kiloqramı 2 manat 40 qəpiyə satılırdı.

Ağdaş rayonundakı “Orelay” şirkətinin müdiri Natiq Əbilov deyir ki, qənnadı məhsullarımızın alıcıları həftədən-həftəyə çoxalır. Marmelad, kişmişli noğul, peçenye, müxtəlif çeşidli konfetlər və digər şirniyyat məhsulları mağazalardakından aşağı qiymətlərə təklif olunur.

Alıcılar - “Bakı Tikiş Sənaye” fabrikinin işçiləri Mirhəmid Əhmədov və Məmməd Gülməmmədov qiymətlərin münasib, məhsulların keyfiyyətinin yüksək olduğunu, yarmarkanın yaxşı təşkil olunduğunu bildirirlər.

XƏTAİ RAYONU

Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzindəki yarmarkaya bu həftə Şəmkir rayonundan 3 ton pomidor, 6 ton xiyar, 4 ton soğan, 6,8 ton kartof, 16,4 ton kələm və digər məhsullar çıxarılsa da, iki gün ərzində gətirilmiş malların çox hissəsi elə şənbə günü satılmışdır.

Şəmkir Rayon İcra Hakimiyyətinin məsul işçisi Habil Rzayev bildirir ki, rayonumuzun kəndli-fermerləri yarmarkada məhsul satışı üçün əlverişli şərait yaradılmasından çox razıdırlar və onlar ilboyu şəhər əhalisini təzə kənd təsərrüfatı malları ilə təchiz etməyə çalışacaqlar.

General Şıxlinski küçəsi, 37, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığındakı “Ordubad” kiçik müəssisəsinin ticarət mərkəzində Şəmkir, Kürdəmir, Quba, Saatlı, Ağcabədi, Qax və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı tərəfindən satışa çıxarılmış müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları şəhər sakinləri tərəfindən həvəslə alınır. Onlar

bu işdə zəhməti olan təşkilatlara və şəxslərə minnətdarlıqlarını bildirirlər.

NƏRİMANOV RAYONU

Metronun “Nərimanov” stansiyasının yaxınlığında, Ə.Əliyev küçəsi, 26 ünvanında, “Bakı taxıl” ASC-nin ərazisindəki yarmarkada Xaçmaz, Tovuz, Neftçala, Qobustan, İmişli və Naxçıvan Muxtar Respublikasının fermerləri meyvə-tərəvəz, ət, müxtəlif şirkətlər şirniyyat, pendir, sərinləşdirici içkilər, un məmulatı, konserv məhsulları, duz, bal təklif edirdilər.

İşçi qrupunun qərargahından verilən məlumata görə, ötən yarmarkalarda burada, ümumilikdə, 1500 tona yaxın təzə kənd təsərrüfatı məhsulları satılmışdır.

Sakinlər Naxçıvan Muxtar Respublikasından gətirilmiş məhsullara maraq göstərirdilər.

Yarmarkanın təşkilinə cavabdeh olan Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri alıcıların və satıcıların iradlarına dərhal reaksiya verir, təkliflərini diqqətlə dinləyirdilər. Ərazidə nümunəvi ticarət üçün normal şərait yaradılmışdı.

NİZAMİ RAYONU

Metronun “Əzizbəyov” stansiyasının ərazisindəki “Ankara” istehsalat kommersiya firmasında bazar günü təşkil edilmiş yarmarkaya pomidor, xiyar, bibər, badımcan, soğan, kartof, alma, kələm, çay, boranı, müxtəlif şirələr, mürəbbələr, konserv məhsulları çıxarılmışdır. Təzə kartof, pomidor daha yaxşı alınırdı.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyevin verdiyi məlumata görə, yarmarkada Lənkəran, Şəmkir, Beyləqan, Tovuz, Samux rayonlarından gətirilmiş məhsullar satılır.

Alıcılar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə görülən tədbirlərin öz müsbət nəticəsini verdiyini, yarmarkaların əhalinin nisbətən aztəminatlı təbəqəsinin ən çox üz tutduğu məkanlardan birinə çevrildiyini bildirir, qış mövsümündə də tədbirin davam etdirilməsi barədə arzularını dilə gətirirdilər. Ağsaqqal Əhmədalı Ağayev on bir ayın sultanı - müqəddəs Ramazan münasibətilə xalqımızı təbrik edərək, burada yaradılan şəraitdən razılığını bildirir və deyir ki, hər həftə bazarlığını yarmarkadan edir, çünki həm qiymətlər münasibdir, həm məhsulları təzə, keyfiyyətli və təmizdir, əldən-ələ keçib urvatdan düşmür.

YASAMAL RAYONU

Şərifzadə küçəsi,194, metronun “İnşaatçılar” stansiyasının 200 metrliyindəki sahədə keçirilən bazar günü yarmarkasına alıcıların axını, burada kənd təsərrüfatı məhsullarının bolluğu diqqəti cəlb edirdi.

Əvvəlki günlərdən fərqli olaraq ərazidə boş yer, demək olar, yox idi. Burada satışa Qusar, Kürdəmir, Dəvəçi, Saatlı, Sabirabad, əsasən isə Salyan rayonlarından gətirilmiş məhsullar çıxarılmışdı.

Alıcılar Salyanın “Hacı Camalxan” kəndli-fermer təsərrüfatının müasir texnologiya ilə hazırlanmış konserv və ağartı məhsullarına daha çox maraq göstərirdilər.

Əhali nümunəvi şərait yaradılmış ərazidə keyfiyyətli və bazarlardakından ucuz məhsulları həvəslə alırdı. Polislər möhtəkirlərin yarmarkaya daxil olmasının qarşısını qətiyyətlə alırdılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb