Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BƏZİ KOMİSSİYALAR VƏ İŞÇİ QRUPLARININ TƏRKİBİNDƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. “Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 712; 2005-ci il, № 4, maddə 300, № 6, maddə 494; 2007-ci il, № 10, maddə 1009) 1-ci bəndində “Mikayıl Cabbarov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri “Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri ilə, “Sabir İlyasov - “Azərbaycan Hava Yolları” Dövlət Konserni baş direktorunun birinci müavini” sözləri “Sabir İlyasov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti” sözləri ilə, “Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri “Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri ilə əvəz edilsin;

2. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli 977 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 770; 2007-ci il, № 11, maddə 1134) 1-ci bəndində “Mikayıl Cabbarov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri “Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri ilə əvəz edilsin və “İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini” sözlərindən sonra “Polad Bülbüloğlu - Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli Səfiri” sözləri əlavə edilsin;

3. “Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 sentyabr tarixli 1000 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 820) 1-ci bəndində “Natiq Əliyev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti” sözləri “Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti” sözləri ilə, “Samir Şərifov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru” sözləri “Şahmar Mövsümov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru” sözləri ilə, “Mikayıl Cabbarov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri “Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri ilə, “Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini” sözləri “Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini” sözləri ilə, “Valeh Ələsgərov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi” sözləri “Vaqif Əliyev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin rəisi” sözləri ilə əvəz edilsin;

4. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 723) 1-ci bəndində “Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin müavini” sözləri “Niyazi Səfərov - Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin müavini” sözləri ilə, “Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının regionlararası iqtisadi əlaqələr şöbəsinin müdiri” (məsul katib) sözləri “Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri ilə əvəz edilsin;

5. “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 725) 1-ci bəndində “Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin müavini” sözləri “Niyazi Səfərov - Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin müavini” sözləri ilə, “Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının regionlararası iqtisadi əlaqələr şöbəsinin müdiri” (məsul katib) sözləri “Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri ilə əvəz edilsin;

6. “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 sentyabr tarixli 1680 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 782; 2009-cu il, № 1, maddə 17) 1-ci bəndində “Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin müavini” sözləri “Niyazi Səfərov - Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin müavini” sözləri ilə, “Sənan Kərimov - Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini” sözləri “Nigar Əliyeva - Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini” sözləri ilə əvəz edilsin;

7. “Azərbaycan-Fransa İqtisadi Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli 1699 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 800; 2009-cu il, № 1, maddə 17) 1-ci bəndində “Mikayıl Cabbarov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri “Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri ilə, “Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri “Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri ilə, “Aftandil Babayev - Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin müavini” sözləri “Aftandil Babayev - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri ilə əvəz edilsin;

8. “Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 oktyabr tarixli 1724 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 865) 1-ci bəndində “Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin müavini” sözləri “Niyazi Səfərov - Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin müavini” sözləri ilə, “Sənan Kərimov - Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini” sözləri “Nigar Əliyeva - Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini” sözləri ilə, “Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının regionlararası iqtisadi əlaqələr şöbəsinin müdiri” (məsul katib) sözləri “Kamal İsmayılzadə - “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri ilə əvəz edilsin;

9. “Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2015 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 247; 2008-ci il, № 11, maddə 1030) 1-ci bəndində “Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri “Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri ilə, “Vadim Xubanov - Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin müavini” sözləri “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri ilə əvəz edilsin və “Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini” sözlərindən sonra “Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri əlavə edilsin;

10. “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 650) 1-ci bəndində “Mikayıl Cabbarov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri “Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri ilə, “Vadim Xubanov - Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin müavini” sözləri “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri ilə əvəz edilsin;

11. “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 914) 1-ci bəndində “Mikayıl Cabbarov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri “Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri ilə, “Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri “Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri ilə, “Vadim Xubanov - Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin müavini” sözləri “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri ilə əvəz edilsin;

12. “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 203) 1-ci bəndində “Mikayıl Cabbarov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri “Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri ilə, “Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri “Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri ilə, “Vadim Xubanov - Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin müavini” sözləri “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri ilə əvəz edilsin;

13. “Birləşmiş Millətlər Təşkilatının «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktına uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı üçüncü dövri məruzənin hazırlanması və təqdim olunması barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 13 fevral tarixli 157 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 2, maddə 115) 1-ci bəndində “Mikayıl Cabbarov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri “Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci, 3-cü və 13-cü bəndləri istisna olmaqla, digər bəndlərində göstərilən dəyişikliklər və əlavələr barədə aidiyyəti tərəflərə müvafiq bildirişlər göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin