İQTİSADİYYAT
BBVB-NİN KREDİT BÖLMƏSİNDƏ KEÇİRİLƏN HƏRRACLARIN HƏCMİ 23,24 FAİZ ARTMIŞDIR
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, BBVB-nin kredit bölməsində mərkəzləşdirilmiş kredit ehtiyatlarının yerləşdirilməsi üzrə Azərbaycan Milli Bankının (AMB) 4 hərracı keçirilmişdir. 9 banklararası kredit əqdi bağlanmışdır. AMB-nin kredit hərraclarında müəyyən etdiyi kredit faizləri illik 7 faiz olmuşdur. İyul ayında qeydə alınan banklararası kredit əqdlərinin həcmini cari ilin yeddi ayının yekunlarına görə ən iri həcm hesab etmək olar.
Avqustun 1-nə olan məlumata görə, Azərbaycanın 16 aparıcı kommersiya bankının 16 sifarişi əsasında hesablanan 90 günlük kreditlərin yerləşdirilməsi üzrə ortaölçülü faiz dərəcəsi manat vəsaitləri ilə illik 12,67 faiz, dollar kreditləri üzrə isə illik 16,25 faizdir. İyulun 1-nə olan göstərici ilə müqayisədə BakIBOR indeksi müvafiq olaraq manat kreditləri üzrə 1,17, dollar vəsaitləri üzrə isə 1,0 faiz bəndi qalxmışdır.