ELM VƏ TƏHSİL


BDU beynəlxalq layihənin qalibi olub

Bakı, 30 aprel, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) Avropa İttifaqının 2021-2024-cü illəri əhatə edən Erasmus+ KA2 proqramı çərçivəsində “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” (GEOCLIC) adlı layihədə qalib olub. Layihə çərçivəsində BDU ilə Qazaxıstanın Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti arasında müqavilə imzalanıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, layihənin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistratura və doktorantura kurikulumlarının müasirləşdirilməsidir. Layihə çərçivəsində, həmçinin Coğrafiya fakültəsində təlim prosesinin təkmilləşdirilməsi məqsədilə yeni bir laboratoriyanın yaradılması və müasir avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.